[b]Henninq Berq: “Qarabağ” böyük təcrübəyə malikdi[/b]
28.01.2015 - 09:42
[b]Henninq Berq: “Qarabağ” böyük təcrübəyə malikdi[/b]

“Qarabağ”la görüş oyun təcrübəsi baxımından faydalı oldu. Çox yaxşı komandaya qarşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunun baş məşqçisi Henninq Berq deyib.

 

Norveç millisinin sabiq futbolçusu kimi tanınan, həm oyunçu, həm məşqçi kimi İngiltərə klublarının şərəfini qoruyan 46 yaşlı mütəxəssis “Qarabağ”la yoxlama oyunu haqda fikirlərini açıqlayıb.

 

Skandinaviyalı əfsanə Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində baş tutan görüşdəki 0:2 hesablı məğlubiyyəti əsas heyətlə oynamamaqları ilə əsaslandırıb: “Bu qarşılaşma mövsümün ikinci yarısına hazırlıq baxımından atılan növbəti addım idi. Rəqibimiz Avropa Liqasında oynamış komandadı. Avrokuboklarda böyük təcrübəyə malikdi. “Qarabağ” bizə qarşı əsas heyətlə mübarizə aparırdı. Bizdə isə gənclər və əvvəlki oyunlarda forma geyməyənlər də meydana çıxmışdı. Sevindirici haldı ki, gənclər özlərini yaxşı tərəfdən göstərməyi bacardılar”.

 

Qeyd edək ki, “Legiya” “Qarabağ”la qarşılaşmanın ardından Rusiya “Zenit”i ilə də yoxlama oyunu keçirib. Polşalılar həmin matçda 2:3 hesabı ilə uduzublar.

 

0