[b]Güvənc Kurtar: Kamran Ağayevi “Adanaspor”da görmək istəyirəm, amma…[/b]
28.01.2015 - 12:13
[b]Güvənc Kurtar: Kamran Ağayevi “Adanaspor”da görmək istəyirəm, amma…[/b]

“Kamran Ağayevlə maraqlanmağımız doğrudu. Eşidəndə ki, “Qəbələ”dən ayrılmaq istəyir, dərhal adını transfer siyahımıza daxil etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Adanaspor” klubunun baş məşqçisi Güvənc Kurtar deyib.

 

Azərbaycan yığmasının və “Qəbələ”nin qapıçısı Kamran Ağayevi komandasında görmək istədiyini təsdiqləyən çalışdırıcı bu transferin baş tutacağına o qədər də inanmır. Kurtar bunu maddi məsələ ilə əlaqələndirib: “Təbii ki, Kamranı baş məşqçisi olduğum komandada görmək istərəm. Amma ortada maddi məsələ var. Kamranı transfer etməyə “Adanaspor”un maddi imkanları uyğun gələrmi? Bilirəm ki, “Qəbələ”də çox pul alır. Bizim həmin məbləği ona ödəyə biləcəyimiz inandırıcı görünmür”.

 

“Adanaspor”un maddi şərtlər baxımından geri durması şəhərin digər təmsilçisi olan “Adana Dəmirspor”un yolunu açıb. Kurtarın sözlərinə görə, adıçəkilən klub da Ağayevi heyətinə qatmaqda maraqlıdı.

 

Tengiz MƏMMƏDOV

0