Tofiq Bəhramovun 90 illiyinə həsr olunan matç keçiriləcək
28.01.2015 - 13:25
Tofiq Bəhramovun 90 illiyinə həsr olunan matç keçiriləcək

Yanvarın 29-da dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, həmçinin qonaqlar saat 12:00-da DÇ-1966-nın final oyununun yan xətt hakimi olmuş həmyerlimizin məzarını ziyarət edəcək.

 

Qonaqlar arasında tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) da olacaq. Bundan başqa Bəhramovun xatirəsinə həsr olunan oyun da planlaşdırılıb. Belə ki,  “Neftçi”nin veteranları ilə hakimlərdən təşkil olunmuş komanda Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyununda üz-üzə gələcək. Bu qarşılaşma saat 14:00-da başlayacaq.

0