Bakı-2015: [b]Azərbaycana gələcək daha 30 komanda[/b]
28.01.2015 - 15:00
Bakı-2015: [b]Azərbaycana gələcək daha 30 komanda[/b]

Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək basketbol komandalarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, voleybol idman növünün ardınca 3X3 növü üzrə təşkil olunacaq yarışda da 32 yığmanın adına aydınlıq gəlib.

 

Belə ki, Azərbaycan ev sahibi kimi həm kişilərin, həm də qadınların mübarizəsində qüvvəsini sınayacağı halda, daha 11 ölkə hər 2 dəst medal uğrunda gücünü yoxlayacaq.

 

Ümumilikdə, 20 ölkənin yığmasının heyətində 128 idmançının qatılacağı basketbol komandalarının siyahısını isə FİBA-Avropa bu günlərdə təsdiqləyəcək.

 

Qeyd edək ki, komandaların hamısı son Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşib. Bu yarışın həlledici mərhələsinə yüksələnlər Bakı-2015-də də iştirak hüququ qazanıblar.   

 

3X3 yarışları iyunun 23-26-da müvəqqəti idman obyekti – Avropa Oyunları Parkında tikintisi davam edən Basketbol Arenasında keçiriləcək.

 

Basketbol, 3X3

Kişilər: Azərbaycan, Andorra, Belçika, Çexiya, Estoniya, Yunanıstan, İsrail, İtaliya, Litva, Rumıniya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə

 

Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Yunanıstan, İrlandiya, İsrail, Litva, Hollandiya, Rumıniya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Ukrayna

0