Millimizin sabiq futbolçusu “Sumqayıt”da
28.01.2015 - 15:15
Millimizin sabiq futbolçusu “Sumqayıt”da

Mövsümün ikinci yarısına hazırlıqları tamamlamaq üzrə olan "Sumqayıt" növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, zədə səbəbindən mövsümün ilk yarısını boşa verən Pərdis Fərcad-Azadla müqavilə imzalayıb.

 

Neçə müddətdi milliləşən legioneri düşərgəsinə qaytaran sumqayıtlılar yığmamızın sabiq hücumçusu ilə gec də olsa, ortaq məxrəcə gələ bilib. 1,5 illik müqavilə imzalanan Pərdis "Sumqayıt"da 17 nömrəli formanı geyinəcək.

 

26 yaşlı futbolçu anlaşması ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədir ki, "Sumqayıt" FK ilə hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".

 

Qeyd edək ki, Pərdis 2013/14 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb.

 

0