Kriştianu Ronaldonun cəzası müəyyənləşdi
28.01.2015 - 19:51
Kriştianu Ronaldonun cəzası müəyyənləşdi

“Real”ın hücumçusu Kriştianu Ronaldonun cəzası bəlli olub. Apasport.az saytının məlumatına görə, “Kordoba” ilə La Liqanın XX turu çərçivəsində rəqib komandanın futbolçusu Edimarı vurduğu üçün meydandan qovulan portuqaliyalı forvarda İspaniya Futbol Federasiyasının İntizam Komitəsi iki oyunluq cəza kəsib.

 

Beləliklə, Ronaldo La Liqanın növbəti iki matçında - XXI turda “Real Sosyedad”la və XVI turda “Sevilya” ilə təxirə salınmış görüşdə komandasına kömək edə bilməyəcək. Lakin o, XXII turda "Atletiko" ilə görüşdə meydana çıxacaq.

0