“Spartak”ın müdafiəçisi “Milan”da - FOTO
28.01.2015 - 21:15
“Spartak”ın müdafiəçisi “Milan”da - FOTO

Cari mövsüm uğursuz çıxış edən “Milan” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, İtaliya klubu Rusiya “Spartak”ının müdafiəçisi Salvatore Bokkettinin keçidini həll edib.

 

28 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Milan”ın şərəfini qoruyacaq. Artıq tərəflər arasında müqavilə də imzalanıb.

 

Qeyd edək ki, 2013-cü ildən Moskva təmsilçisinin heyətində top qovan Bokketti bu mövsüm 3 matçda meydana çıxıb.

0