Ümit Özat daha 1 il də Cavid İmamverdiyevə rəhbərlik edəcək
28.01.2015 - 21:47
Ümit Özat daha 1 il də Cavid İmamverdiyevə rəhbərlik edəcək

Millimizin üzvü Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”un baş məşqçisi Ümit Özat komandsı ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın sabiq futbolçusu olan mütəxəssis daha 1 il də PTT I Liqası təmsilçisinin uğurları üçün çalışacaq.

 

Klub prezidenti Selcuk Öztürklə görüşən Özat 2015-2016 mövsümünün yanvarına qədər komandaya rəhbərlik etməyə razılıq verib.

 

Qeyd edək ki, Ümit Özat “Elazığspor”un “sükanı arxası”na ötən ilin yayında keçib.

0