[b]İkinci yarı sürprizlə başladı[/b]
30.01.2015 - 17:50
[b]İkinci yarı sürprizlə başladı[/b]

Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb. Apasport.az saytının məlumatına görə, III dövrə “İnter Arena”da başlayıb.

 

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “İnter” ölkədən kənara çıxmayan “Sumqayıt”ı qəbul edib. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Kaxaber Sxadadzaenin yetirmələri indiyədək öz meydanında xal vermədiyi autsayder qarşısında bu dəfə çətinlik çəkiblər. “Bankirlər”in cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.

 

Qeyd edək ki, lider “Qarabağ”ın istirahət etdiyi turun digər oyunları yanvarın 31-də və fevralın 1-də keçiriləcək.

 

 

Topaz Premyer Liqası

XIX tur

30 yanvar (cümə)

 “İnter” – “Sumqayıt” - 0:0
72-ci dəqiqədə Yohan Bokonyano penaltidən yararlana bilməyib.
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ömər Paşayev

İlk 2 dövrədəki oyunlar: 5:1, 0:0
“İnter Arena”

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 82. Ruben Şaken, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 19. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 90. Abbas Hüseynov
Baş məşqçi: Kaxaber Sxadadze


“Sumqayıt”: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 17. Pərdis Fərcad-Azad, 45. Murad Ağayev
Baş məşqçi: Aqil Məmmədov

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

16

10

4

2

29-17

34

2

İnter

17

7

9

1

26-7

30

3

Neftçi

15

7

5

3

19-12

26

4

Simurq

16

6

3

7

25-22

21

5

Xəzər L 

16

5

5

6

22-20

20

6

Qəbələ

16

4

7

5

19-24

19

7

AZAL

15

4

5

6

18-25

17

8

Sumqayıt

17

4

4

9

19-27

16

9

Bakı

16

2

4

10

13-36

10

 

 

 

     

 

 

 

 

 

 

 

 

 

 

 

 Bombardirlər: 9 - Nurlan Novruzov ("Bakı"),  8 - Mikel Alvaro (“İnter”)

0