Robert Prosineçki 2 oyunu izləyəcək
30.01.2015 - 16:30
Robert Prosineçki 2 oyunu izləyəcək

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XIX turunda izləyəcəyi oyunlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis bu gün start götürüb, 3 gün davam edəcək turun iki oyununu izləyəcək.

 

46 yaşlı çalışdırıcı hazırda davam edən “İnter” – “Sumqayıt” qarşılaşmasını stadiondan izləyir. Sabah isə Prosineçki AZAL və “Neftçi” arasında paytaxt derbisinə şahid olacaq.

 

Qeyd edək ki, turun digər iki oyunu fevralın 1-də keçiriləcək. Həmin qarşılaşmalarında “Bakı” “Qəbələ, “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək.

0