[b]Premyer Liqanın 6-cı hollandiyalısı[/b]
30.01.2015 - 17:16
[b]Premyer Liqanın 6-cı hollandiyalısı[/b]

Topaz Premyer Liqasının XIX turunun “İnter” – “Sumqayıt” oyununda meydana çıxan Ruben Şaken Azərbaycan çempionatlarında debüt edib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi buna nail olan 6-cı holland futbolçudur.

 

Belə ki, Şakenə qədər onun 5 həmyerlisi Premyer Liqamızda çıxış edib. Onlar arasında rekord Stiv Olfersə məxsusdu. “Qəbələ”də çıxış etmiş legioner çempionatımızda 50 matç keçirib.

 

44 oyun keçirən Corc Leroy isə 14 qolla hollandiyalılar arasında hamıdan məhsuldardı. “Qarabağ”ın yarımmüdafiəçisi hələ də klubunda çıxış etdiyindən Olfersi keçə də bilər.

 

“Qəbələ”də 1 mövsüm keçirən Lorenso Ebesilio 32 qarşılaşmada 8 qol vurubsa, Melvin Platye "Neftçi"də ümidləri doğrultmayıb – 14 oyunda 1 qol.

 

Qəbələ təmsilçisində oynamış digər hollandiyalı Con Kollins isə cəmi 2 görüşdə meydana çıxıb.

 

Qeyd edək ki, Hollandiya pasportuna malik daha 3 futbolçu çempionatımızda çıxış edib. Bunlar təmiz holland olmayanlar – bolqar İvan Svetkov, mərakeşli Adnan Bərəkət və türk Fatih Sonkayadı.

 

 

 

0