Pikenin 2-ci övladı “Barselona”nın rəsmən üzvü oldu - FOTO
30.01.2015 - 20:26
Pikenin 2-ci övladı “Barselona”nın rəsmən üzvü oldu - FOTO

“Barselona”nın müdafiəçisi Xerard Pike 2-ci dəfə ata olub. Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü və həyat yoldaşı kolumbiyalı məşhur müğənni Şakiranın yenə oğlu dünyaya gəlib.

 

Cütlüklər yeni doğulmuş körpələrinə yunan və rus mənşəyi olan Saşa adını veriblər. Artıq “Barselona” rəhbərliyi Saşanı rəsmən klubun üzvü elan edib.

 

Qeyd edək ki, ilk övladlarının adı Milan olan Pike və Şakira 2010-cu ildən birlikdə yaşayır.

0