“Roma”nın hücumçusu “Milan”la müqavilə imzaladı
30.01.2015 - 21:06
“Roma”nın hücumçusu “Milan”la müqavilə imzaladı

“Roma”nın hücumçusu Mattia Destro rəsmən “Milan”a keçib. Apasport.az saytı xəbər verir ki, bu haqda “rossonyerlər” rəsmi "tvitter"də məlumat yayıb.

 

Belə ki, italiyalı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Milan”da çıxış edəcək. 23 yaşlı forvard yeni klubunda 9 nömrəli forma geyinəcək. Lakin hazırda müqavilənin maliyyə tərəfi haqda məlumat yayılmayıb.

 

Qeyd edək ki, 2012-ci ildən İtaliya millisinə dəvət alan Destro elə həmin vaxtdan da “Roma”da forma geyinir. O, cari mövsümdə A seriyasında 16 matçda meydana çıxıb və 5 qola imza atıb.

0