Yozef Blatterdən yeni təklif
30.01.2015 - 21:27
Yozef Blatterdən yeni təklif

FİFA prezidenti Yozef Blatter dünya çempionatının keçirilməsi ilə bağlı yeni təklif irəli sürüb. Apasport.az saytının məlumatına görə, ali qurum rəhbəri qarşıda mundialın Avstraliyada təşkil edilməsi haqda fikirini bildirib.

 

Blatter bu qitənin dünya çempionatını keçirmək hüququna layiq olduğunu vurğulayıb: “Avstraliya dünya çempionatını təşkil etməyən yeganə qitədi. Hərçənd, orada 1981 və 1993-cü illərdə gənclər arasında birincilik keçirilib. İdman tarixində belə səhvləri aradan qaldırmaq lazımdı. Avstraliya dünya çempionatını keçirmək hüququna layiqdi. Axı çox az ölkələrdə belə zəngin idman mədəniyyəti var”. 

 

Qeyd edək ki, hazırda Avstraliyada Asiya kuboku keçirilir.

0