Cavid İmamverdiyev oynadı, komandası uduzdu
30.01.2015 - 23:03
Bu gün Türkiyə PTT I Liqasında XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış matçında millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor” doğma azarkeşləri önündə lider “Osmanlıspor”la qarşılaşıb.
Qonaqların vurduğu 3 cavabsız qoldan sonra təmsilçimizin komandası uduzub - 0:3.
Bu görüşdə İmamverdiyev meydana start heyətdə çıxıb. 90 dəqiqə mübarizə aparan Cavid Elazığ təmsilçisini məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, aktivində 23 xal olan “Elazığspor” turnir cədvəlinin 10-cu pilləsində yer alır.
0
0