[b]AZAL-dan "Neftçi"yə zərbə[/b] - YENİLƏNİB
31.01.2015 - 16:49
[b]AZAL-dan "Neftçi"yə zərbə[/b] - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XIX turun növbəti oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında AZAL “Neftçi”ni qonaq edib.

 

Daha əvvəl 2 dəfə üz-üzə gələn və bir matçları təxirə salınan paytaxt təmsilçilərinin görüşündə sevinən “ağ-qaralar” olmuşdu. Bu oyunda da Arif Əsədovun yetirmələrinin xal ehtiyatını artıracağı gözlənilsə də, əksi baş verib.

 

Belə ki, AZAL-ın hücumçusu Freddi Mombonqo “Neftçi”nin bütün planlarını pozub. Konqolu legionerin hesabı açmasından sonra “ağ-qaralar” penaltidən hesabı bərabərləşdiriblər. Lakin matça əlavə olunun dəqiqələrdə Mombonqo yenidən əla zərbə ilə komandasının qələbə topunu vurub.

 

Rəqibindən fərqli, Bakıda hazırlıq keçən AZAL 2:1 hesabı ilə qalib gəlməklə, turnir cədvəlində bir pillə irəliləyib. Onlar müvəqqəti də olsa “Qəbələ”ni qabaqlayıblar.

 

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

 

Qeyd edək ki, ötən gün “İnter” - “Sumqayıt” matçında qalib müəyyənləşməyib - 0:0. Bu tur lider “Qarabağ” isə istirahət edir.

 

Topaz Premyer Liqası

XIX tur

31 yanvar (şənbə)

AZAL – “Neftçi” - 2:1

QOL: Mombonqo, 26; 90+2 - Kanales, 68 (p)

İlk 2 dövrədəki oyunlar: 0:4

Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Nahid Əliyev, Əliyar Ağayev

“AZAL Arena”

AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 8. Seymur Əsədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 25. Valeriy Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Kərim Diniyev, 13. Şəhriyar Rəhimov, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 12. Luis Ramos, 22. Eltun Yaqublu
Baş məşqçi: Tərlan Əhmədov

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 15. Erik Ramos, 18. Kaue da Silva, 22. Rauf Əliyev, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev, 28. Emin Mehtiyev 
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 11. Nikolas Kanales, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 90. Ernest Nfor
Baş məşqçi: Arif Əsədov

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

16

10

4

2

29-17

34

2

İnter

17

7

9

1

26-7

30

3

Neftçi

16

7

5

4

20-14

26

4

Simurq

16

6

3

7

25-22

21

5

Xəzər L 

16

5

5

6

22-20

20

6

AZAL

16

5

5

6

20-26

20

7

Qəbələ

16

4

7

5

19-24

19

8

Sumqayıt

17

4

4

9

19-27

16

9

Bakı

16

2

4

10

13-36

10

 

 

     

Bombardirlər: 9 - Nurlan Novruzov ("Bakı"),  8 - Mikel Alvaro (“İnter”)

 

 

0