[b]“Qarabağ" Antalyadan qolsuz heç-heçə ilə qayıdır - YENİLƏNİB[/b]
31.01.2015 - 21:20
[b]“Qarabağ" Antalyadan qolsuz heç-heçə ilə qayıdır  - YENİLƏNİB[/b]

Antalyada qış təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 5-ci - sonuncu yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun rəqibi Ruminiya təmsilçisi “Targu-Mureş” olub.

 

Görüşdə hesab açılmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri 2 heç-heçə etdiyi Türkiyədə daha 4 oyunda qüvvəsini sınayıb. Polşa “Legiya”sına 2:0 hesabı ilə qalib gələn “Qarabağ” Xorvatiyanın "Split" klubuna 1:3, Bolqarıstan təmsilçisi “Levski”yə 0:3 hesabı ilə məğlub olub. Rusiya Premyer Liqasında mübarizə aparan “Mordoviya” ilə görüşdə isə qalib müəyyənləşməyib - 0:0.

 

 

Yoxlama oyunu

31 yanvar

“QARABAĞ” (AZƏRBAYCAN) – “TARGU-MUREŞ” (RUMINİYA) - 0:0

 

0