Paytaxtda 33-cü duel
31.01.2015 - 00:10
Paytaxtda 33-cü duel

“Qəbələ” 2015-ci ilin ilk rəsmi matçına fevralın 1-də çıxacaq. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2014/15 mövsümünün ikinci yarısına XIX turun “Bakı” ilə oyunu ilə başlayacaq “qırmızı-qaralar” səfər matçı ilə start verəcək.

 

Ukraynalı baş məşqçi Roman Qriqorçuk və qış fasiləsində transfer edilən futbolçular üçün debütlə əlamətdar olacaq görüş “Qəbələ”nin paytaxtın eyniadlı təmsilçisi ilə 33-cü dueli olacaq.

 

“Bakı”nın təlim-məşq bazasında baş tutacaq qarşılaşmayadək komandalar 32 dəfə üz-üzə gəlib. Bu oyunların 26-sı çempionat, 6-sı kubok çərçivəsində keçirilib. Baş tutan görüşlərdə 8 qələbə qazanan “Qəbələ” 9 dəfə heç-heçə ilə kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. “Qırmızı-qaralar” 27 qol vurduğu matçlarda 35 top buraxıb. Bu oyunlarda “Qəbələ”nin 27 qoluna 18 futbolçu imza atıb. Komandanın ən yaxşı bombardiri Viktor Mendidi. Seneqallı legioner 6 dəfə rəqib qapısına yol tapıb.

 

Bütün qələbələrini Premyer Liqada qazanan “Qəbələ” çempionatdakı 26 oyunda 6 heç-heçə edib və 12 dəfə uduzub. Bu matçlarda 54 qol vurulub. “Bakı” 29, “Qəbələ” 25 top vurub.

 

17-ci dəfə paytaxt təmsilçisinin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 3 qələbə qazanıb. Səfərdə 4 heç-heçəsi olan komanda 9 dəfə uduzub. Bakılılar öz meydanında top fərqində də öndədir – 22:12.

 

Ümumilikdə üstünlük “Bakı”nın tərəfində olsa da, son matçlar “Qəbələ”nin üstünlüyü ilə keçib. Ardıcıl 8 qarşılaşmada uduzmayan “qırmızı-qaralar” bu görüşləri qolsuz tərk etməyib. Komanda rəqib meydanındakı son 7 görüşdə də qolsuz qalmayıb.

 

2006/07. Premyer Liqa

29.10.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Aleksandr Qoqoberişvili, 5

2006/07. Azərbaycan kuboku

21.11.2006. Gilan (Qəbələ) - Bakı - 0:2

Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2

2006/07. Azərbaycan kuboku

02.12.2006. Bakı - Gilan (Qəbələ) - 1:0

Leandro Qomeş, 51

2006/07. Premyer Liqa

18.04.2007. Gilan (Qəbələ) - Bakı - 0:1

Vüqar Quliyev, 55

2007/08. Premyer Liqa

19.08.2007. Qəbələ - Bakı - 2:0

Vitali Balamestnı, 71, Tornike Aptsiauri, 79

2007/08. Premyer Liqa

24.02.2008. Bakı - Qəbələ - 3:0

Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86

2007/08. Azərbaycan kuboku

06.03.2008. Bakı - Qəbələ - 1:1

Əhməd Ticani, 28 - Samir Zərgərov, 22.

2007/08. Azərbaycan kuboku

20.03.2008. Qəbələ - Bakı - 1:1, p.4:3

Vitali Balamestnı, 44 - Amiran Muciri, 35

2008/09. Premyer Liqa

09.11.2008. Bakı - Qəbələ - 3:0

Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74

2008/09. Premyer Liqa

26.04.2009. Qəbələ - Bakı - 0:1

Uilyam Roşa Batista, 74

2009/10. Premyer Liqa

31.10.2009. Qəbələ - Bakı - 0:2

Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76

2009/10. Premyer Liqa

13.02.2010. Bakı - Qəbələ - 2:0

Gürşat Duymuş, 35; Adriano Padilyo Nasimento, 90+2

2009/10. Premyer Liqa

28.03.2010. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 21 - Pərvin Paşayev, 78

2009/10. Premyer Liqa

01.05.2010. Qəbələ - Bakı - 1:0

Paulino Lopes Tavares, 72

2010/11. Premyer Liqa

22.08.2010. Bakı - Qəbələ - 2:1

Fabio Luis Ramim, 29; Joao Silvinyo de Karvalyo, 73-p. - Deon Barton, 6

2010/11. Premyer Liqa

23.12.2010. Qəbələ - Bakı - 0:1

Joao Silvinyo de Karvalyo, 50

2010/11. Azərbaycan kuboku

03.03.2011. Qəbələ - Bakı - 0:0

2010/11. Azərbaycan kuboku

08.03.2011. Bakı - Qəbələ - 1:0

Joao Silvinyo de Karvalyo, 57

2011/12. Premyer Liqa

07.08.2011. Qəbələ - Bakı - 0:0

2011/12. Premyer Liqa

26.11.2011. Bakı - Qəbələ - 2:1

Deividas Çesnauskis, 17; Uinston Parks, 29 - Serj Cehua, 88-p.

2011/12. Premyer Liqa

01.04.2012. Bakı - Qəbələ - 2:1

Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 - Yannik Kamanan, 16

2011/12. Premyer Liqa

29.04.2012. Qəbələ - Bakı - 4:0

Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2

2012/13. Premyer Liqa

04.10.2012. Bakı - Qəbələ - 1:1

Aleksandar Soliç, 59 - Viktor Mendi, 14

2012/13. Premyer Liqa

02.12.2012. Qəbələ - Bakı - 0:2

Vilson Junior, 53; Nurlan Novruzov, 83

2012/13. Premyer Liqa

13.04.2013. Qəbələ - Bakı - 1:1

Viktor Mendi, 30 - Rauf Əliyev, 90+1 (p.)

2012/13. Premyer Liqa

09.05.2013. Bakı - Qəbələ - 0:1

Rodriges Assis, 65

2013/14. Premyer Liqa

03.08.2013. Bakı - Qəbələ - 1:2

Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82

2013/14. Premyer Liqa

20.12.2013. Qəbələ – Bakı - 2:0

Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.)

2013/14. Premyer Liqa

16.03.2014. Bakı - Qəbələ - 1:1

Elvin Məmmədov, 90+1 (pen.) - Daniel Subotiç, 81

2013/14. Premyer Liqa

07.05.2014. Qəbələ – Bakı - 3:1

Marat İzmaylov, 15; Müşfiq Teymurov, 27; Daniel Subotiç, 57 - Namiq Ələsgərov, 66

2014/15. Premyer Liqa

23.08.2014. Bakı - Qəbələ - 0:2

Viktor Mendi, 78; Ruslan Abışov, 90

2014/15. Premyer Liqa

02.11.2014. Qəbələ – Bakı - 1:1

Dodo, 5 - Nuran Qurbanov, 45

 

0