[b]Azərbaycan Avropa Liqasında iştirakdan imtina etdi[/b]
31.01.2015 - 10:25
[b]Azərbaycan Avropa Liqasında iştirakdan imtina etdi[/b]

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milliləri bu il keçiriləcək Avropa Liqasına qatılmayacaqlar. Apasport.az saytının məlumatına görə, komandalarımızın ötən il debüt etdikləri yarışdan imtinasının səbəbi iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarıdı.

 

Belə ki, məşqçilər korpusu qitənin 1 nömrəli yarışının ardınca start götürəcək Avropa Liqasında oynamağı məqsədəuyğun hesab etməyiblər.

 

Yarışda tək Azərbaycan yığması deyil, bir neçə ölkə də iştirakdan imtina edib. Nəticədə qadınların yarışında cəmi 6, kişilərin mübarizəsində isə 12 milli gücünü yoxlayacaq.

 

2017-ci ildə qadın voleybolçuların Avropa çempionatına ölkəmizlə birgə ev sahibliyi edəcək Gürcüstan isə turnirin debütantı olacaq.

0