[b]İlk: Avropa Oyunları üçün[/b]
31.01.2015 - 11:22
[b]İlk: Avropa Oyunları üçün[/b]

Aerobika üzrə Bakı çempionatı və birinciliyinin keçirilmə tarixi açıqlanıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq yarış fevralın 7-də olacaq.

 

İlk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyində 2004-2006 və 2001-2003-cü il təvəllüdlü, həmçinin milli komandanın üzvləri – senior gimnastlar iştirak edəcəklər.

 

Qeyd edək ki, yarışın təşkilində əsas məqsəd Bakıda keçiriləcək I Avropa Oyunlarına ciddi hazırlıqdı.

0