“Gənclər Günü” münasibətilə veloyürüş
31.01.2015 - 14:07
“Gənclər Günü” münasibətilə veloyürüş

Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclər Günü" münasibətilə “Gənclik veloyürüşü” keçiriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 1-i, saat 11:00-da başlayacaq veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat işlərinin aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdı.

 

Velosiped idmanının ilk Avropa Oyunlarının proqramına daxil olduğu nəzərə alınaraq idmanın bu növünün gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Dövlət Bayrağı Meydanından start götürəcək “Gənclik veloyürüşü” Azadlıq Meydanında başa çatacaq.

0