[b]Kamran Ağayev Türkiyəyə yollanır[/b]
01.02.2015 - 16:01
[b]Kamran Ağayev Türkiyəyə yollanır[/b]

Ötən gün “Qəbələ” ilə rəsmən yollarını ayıran qapıçı Kamran Ağayev bu gün Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, millimizin qolkiperi PTT I Liqasında çıxış edən komandaya keçəcək.

 

Belə ki, Ağayev "Adana Dəmirspor"la bu gün rəsmi müqavilə bağlayacaq.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə klubunun baş məşqçisi Samet Aybaba saytımıza açıqlamasında bildirmişdir ki, Ağayev maraq dairəmizdədi. O, Kamranın həm özü, həm də “Qəbələ” rəhbərliyi ilə danışıq aparırdığını vurğulamışdı.

 

Qedy edək ki, Kamran Ağayev “Qəbələ” ilə yanaşı, “Turan”, “Xəzər Lənkəran” və “Bakı” klublarının da formasını geyinib. 

0