[b]İbrahim Uzunca: Jaba üzr istədi[/b]
01.02.2015 - 17:08
[b]İbrahim Uzunca: Jaba üzr istədi[/b]

“Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XIX turu çərçivəsində evdə “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olmalarına şərh verib: “Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında  bir az diqqətli olsunlar. Mən demirəm qapımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdı”. (pfl)

0