[b]Roman Qriqorçuk Kamran Ağayevin komandadan getməsindən danışdı[/b]
01.02.2015 - 17:10
[b]Roman Qriqorçuk Kamran Ağayevin komandadan getməsindən danışdı[/b]

“Nəticə xeyrimizə oldu. 3 xal əldə etdik. Amma komanda mən istədiyim kimi oynamadı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.

 

Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Bakı”ya qalib gəlmələrini “(0:2) şərh edib: “Oyunun ilk 20 dəqiqəsində topu saxlaya bilmirdik. Futbolçular topu görəndə həyəcanlanırdılar. Biz bunu araşdıracağıq. Açığı, vəziyyət məni təəccübləndirdi. Bundan öncə “Qəbələ”də işləyən insanlar barədə danışmaq istəmirəm. Hazırda mənim düşüncələrim klub rəhbərliyinin düşüncələri ilə eynidir. Öz sistemim var. Bunu formalaşdırmaq üçün çalışırıq.

 

O, millimizin qapıçısı Kamran Ağayevin klubdan getməsindən də danışıb: "Kamran Ağayev barədə danışarkən onu deyim ki, heyətdən gedən oyunçuya hörmətim var. Mən Kamrana heç vaxt deməmişəm ki, sən bizə lazım deyilsən və ya 2-ci olacaqsan. Düşünürəm ki, Kamran özü vəziyyəti dəyərləndirib, getmək qərarına gəldi”. (pfl)

0