Millimiz AVRO-2017-nin seçmə mərhələsində hansı səbətdə yer alacaq?
01.02.2015 - 17:30
Millimiz AVRO-2017-nin seçmə mərhələsində hansı səbətdə yer alacaq?

Fevralın 5-də İsveçrənin Nyon şəhərində 21 yaşlılardan ibarət komandalar (U-21) arasına Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin final mərhələsi 2017-ci ildə Polşada keçiriləcək.

 

İlk dəfə 8 yox, 12 millinin mübarizə aparacağı Avropa çempionatında artıq komandaların püşkatma zamanı hansı səbətlərdə yer alacağı da müəyyənləşib. Yığmamız E səbətində qərarlaşıb. Burada millimizlə yanaşı, Bolqarıstan, Kipr, Makedoniya, Litva, Qazaxıstan, Albaniya, Latviya və Estoniya da yer alıb.

 

Səbətlərdə yer alan komandalar bunlardı:

 

A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çex Respublikası, Portuqaliya, Niderland, Danimarka

 

B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika

 

C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Şotlandiya, Yunanıstan, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro

 

D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus

 

E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya

 

F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San-Marino, Andorra, Lixtenşteyn

 

Qeyd edək ki, Rusiya Ukrayna ilə, Azərbayca isə Ermənistanla eyni qrupda yer almayacaq. Qrup mərhələsinin oyunlarına martın 23-də start veriləcək. Pley-off mərhələsi isə gələn ilin noyabrın 7-15-də baş tutacaq. 

0