[b]George Çixradze: Dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək[/b]
01.02.2015 - 19:42
[b]George Çixradze: Dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək[/b]

“Maraqlı və intensiv oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Simurq”un baş məşqçisi George Çixradzeyə məxsusdu.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XIX turu çərçivəsində doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı məğlub etdikləri (2:0) qarşılaşmadan danışıb: “Oyundan öncə mənə çox adam deyirdi ki, dəyişikliklər “Xəzər Lənkəran”ı zəiflədəcək. Amma oyun göstərdi ki, bu, heç də belə deyil. Matçın ilk dəqiqələrində futbolçularım əsəbi idi. Çünki bir müddətdir ki, rəsmi oyuna çıxmırdılar. İkinci hissə isə fərqli oldu. Elnur Abdullayev bu oyunda həlledici qolu vurdu. Düşünürəm ki, Elnur bu oyuna əlavə motivasiya ilə çıxmışdı. Elnuru yeni komandasına vurduğu qola görə təbrik edirəm. Deməliyəm ki, biz yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmirik. Bunun üzərində işləməliyik”. (pfl)

0