[b]Vaqif Cavadov “Boluspor”da debüt etdi[/b]
01.02.2015 - 20:20
[b]Vaqif Cavadov “Boluspor”da debüt etdi[/b]

Türkiyə PTT I Liqasında XVIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.    

 

Qaziantep səfərdə yığmamızın digər üzvü Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor"la üz-üzə gəlib. Oyunda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.

 

Matça start heyətdə çıxan Budak sona qədər meydanda mübarizə aparıb. Cavadov isə 87-ci dəqiqədə yeni klubunda debüt edib.

 

Qeyd edək ki, "Qaziantep BB" hazırda 20 xalla turnir cədvəlinin 13-cü, aktivində 23 xalı olan "Boluspor"isə 10-cu pilləsində qərarlaşır. 

0