Güvənc Kurtar Cəmşid Məhərrəmova yenə şans vermədi
02.02.2015 - 01:30
Güvənc Kurtar Cəmşid Məhərrəmova yenə şans vermədi

Türkiyə PTT I Liqasının XVIII turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Bakı”nın sabiq futbolçusu Cəmşid Məhərrəmovun yeni klubu “Adanaspor” “Şanlıurfaspor”la münasibətlərinə aydınlıq gətirib.

 

Qarşılaşmada hərəyə 1 top vuran komandalar meydandan sülhlə ayrılıb – 1:1.

 

Qarşılaşmada Məhərrəmov debüt edə bilməyib. Baş məşqçi Güvənc Kurtar onun adını “18-liy”ə daxil etsə də, meydana buraxmayıb.

 

Qeyd edək ki, “Adanaspor” 21 xalla turnir cədvəlinin 13-cü pilləsində yer alır.

0