Şəhriyar Məmmədyarov İslandiyaya gedir
10.02.2015 - 15:55
Şəhriyar Məmmədyarov İslandiyaya gedir

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirak edəcəyi daha bir yarışın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, şahmatçımız martın 10-18-də İslandiyada keçiriləcək “Reykyavik Open”də mübarizə aparacaq.

 

Məmmədyarov yarışda iştirakını təsdiqləyən 219 zəka sahibi arasında reytinq-favoritdi. Aktivində 2759 xalı olan həmyerlimizin ən yaxın izləyicisi olan David Navara (Çexiya) ondan 24 xal geri qalır. Digər şahmatçıların isə reytinq xalı 2700-dən aşağıdı.  

0