[b]XXIII turda iki cəzalı[/b]
17.02.2015 - 12:15
[b]XXIII turda iki cəzalı[/b]

Topaz Premyer Liqasının XXII turundan sonra iki futbolçu cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, Marko Stanoyeviç (“Simurq”) və Novruz Məmmədov (AZAL) mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalanıb.

 

Bu da hər iki futbolçunun komandasının növbəti matçını buraxması ilə nəticələnib. Onlar XXIII turun ev oyununda istirahət edəcəklər. Marko “Sumqayıt”, Novruz isə “İnter”lə görüşü buraxacaq.

 

“Qarabağ”la qarşılaşmada xəbərdarlıq alan Stanoyeviç XII turun “Neftçi”, XVI turun “İnter” və XIX turun “Xıəzər Lənkəran”la oyunlarında da cəzalanmışdı. “Sumqayıt”la səfər matçında “4”ə çatan Məmmədov isə “Sumqayıt”la VI, “Bakı” ilə IX və “İnter”lə XV turun matçlarında da sarı vərəqə almışdı.

 

0