[b]AZAL - “İnter” görüşündən sonra əlbəyaxa dava düşdü[/b] - VİDEO
19.02.2015 - 17:40
[b]AZAL - “İnter” görüşündən sonra əlbəyaxa dava düşdü[/b] - VİDEO

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bir qədər əvvəl başa çatan AZAL - “İnter” matçından sonra dava düşüb. Apasport.az saytının məlumatına görə, ilk qığılcım qarşılaşmanın sonlarında yaranan mübahisə zamanı olub.

 

Sezar Meza Kollinin komanda yoldaşına qarşı sərt hərəkətinə dözə bilməyərək ona etiraz edən AZAL-ın yarımmüdafiəçisi Nicat Qurbanova cavab “İnter”in hücumçusu Baçana Sxadadzedən gəlib. Həmin vaxt ehtiyat oyunçular skamyasında olan Sxadadze ilə Qurbanovu komandaların baş məşqçiləri sakitləşdirib.

 

Lakin qarşılaşmadan sonra futbolçular paltardəyişmə otağına yollanarkən koridorda yenidən ara qarışıb. Bu dəfə futbolçular kollektiv şəkildə davaya girişiblər. Yalnız məşqçilərin və mühafizəçilərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub (futbolxeber.az).

0