Olimpiya çempionu soyundu - FOTOSESSİYA
20.02.2015 - 14:37
Olimpiya çempionu soyundu  - FOTOSESSİYA

Beynəlxalq yarışlarda ciddi uğur qazana bilməyən avstraliyalı atlet Mişel Cenneke məşhurlaşmağın asan yolunu tapıb. Apasport.az saytının məlumatına görə, idman arenalarında güclü rəqabətin olduğunu görən 21 yaşlı “Yaşıl qitə” təmsilçisi gözəlliyi ilə özündən söz etdirməyə qərar verib.

 

Belə ki, əvvəllər də yarış öncəsi ehtiraslı isinmə hərəkətləri ilə pərəstişkarlarının sayını artıran, təbəssümü ilə kişilərin qəlbinə yol tapan Mişel bu dəfə fərqli addım atıb. O, yüksək tirajlı jurnalların birinin təklifini qəbul edərək, açıq-sacıq şəkildə poza verib. Avstraliyalı bu yolla qaçış zolağında həsrətində olduğu uğuru jurnalların üz qabığını bəzəməklə qazanıb.

 

Qeyd edək ki, Cenneke maneələri dəf etməklə 100 m məsafəyə qaçışda bir neçə yarışın qalibi olub. Avstraliya çempionatının müxtəlif əyarlı medallarını qazanan Mişel 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının da çempionudu. O, həmçinin Barselonada gənclər arasında təşkil olunan dünya çempionatında 5-ci yeri tutub. 

0