Cüdo yığmamız Düsseldorfdan əliboş qayıtdı
23.02.2015 - 11:15
Cüdo yığmamız Düsseldorfdan əliboş qayıtdı

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, ilin ilk yarışına 13 idmançı ilə qatılan Azərbaycan millisi medala həsrət qalıb.

 

Hacıağa Hacıəhmədovun yetirmələrindən Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) vaxtından əvvəl uduzaraq, Bakıya əliboş qayıdıblar.

 

Qeyd edək ki, bu cüdoçulardan öncə Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şixəlizadə və Tərlan Kərimov (hər ikisi 66 kq) ilk görüşdəcə məğlub olmuşdu. 

0