[b]"Rabitə" liderliyini möhkəmlətdi, "Azərreyl" qələbə qazandı[/b]
25.02.2015 - 19:48
[b]"Rabitə" liderliyini möhkəmlətdi, "Azərreyl" qələbə qazandı[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin son turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutun XV tura “Azərreyl” - “Telekom” matçı ilə start verilib.

 

Autsayderlərin dueli kifayət qədər gərgin alınıb. İlk 2 dövrədə öz aralarında hərəyə 3 xal qazanıb, 3 xal itirən klubların mübarizəsindən bu dəfə “Azərreyl” qalib ayrılıb.

 

Qarşılaşma “Telekom”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun yetirmələri ilk hissənin hər 2 texniki fasiləsinə hesabda öndə yollanıblar – 8:3, 16:14. Setin sonlarında da üstünlüyü əldən verməyən “Telekom” hissəni 5 top öndə bitirib.

 

Ardınca “Azərreyl” təşəbbüsü ələ alıb və setin sonlarına kimi hesabda irəlidə olub. Lakin “Telekom” 21:24 hesabı ilə geridə olmasına baxmayaraq, status-kvonu bərpa edib – 24:24. Hesabın bərabərləşməsi isə Vüqar Əliyevin komandasının öz oyununu tapması ilə nəticələnib. Onlar 27:25 hesabı ilə qalib gələrək hissələr arasındakı fərqdə tarazlıq yaradıblar – 1:1.  

 

“Azərreyl” bu üstünlüyü üçüncü setdə də davam etdirib və 25:20 hesabı ilə qələbə qazanıb.

 

Dördüncü hissə daha dramatik alınıb. “Telekom” sonadək hesabda irəlidə olub. “Azərreyl” isə 8 top geri düşməsinə baxmayaraq (9:17), ruhdan düşməyib. Öncə hesabı bərabərləşdirən (22:22) komanda ardınca mövsümdə ilk dəfə meydandan 3 xalla ayrılıb.

 

Günə və tura – “Rabitə” – “Azəryol” derbisi ilə yekun vurulub. Yeni baş məşqçi və yeni taktika ilə meydana çıxan əzəli rəqiblərin duelində nominal ev sahibləri qələbəyə seviniblər.

 

Matça gəlincə, ilk hissə kəşfiyyat xarakteri daşıyıb. Hər 2 komanda ehtiyatlı oyuna üstünlük verdiyindən hesab arasında böyük fərq də yaranmayıb. Birinci texniki fasiləyə 2 top geridə çıxan “Rabitə” ardınca hesabı bərabərləşdirib – 11:11. İkinci texniki fasilədə isə Zoran Qayiçin yetirmələri irəlidə olublar – 16:13. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Azəryol” yenidən hissədə tarazlıq yaradıb (19:19) və önə də keçib – 22:21. Buna baxmayaraq, sonda sevinən tərəf “Rabitə” olub. Onlar seti 25:23 hesabı ilə aktivlərinə yazıblar.

 

İkinci hissədə Jeremi Estesin tapşırıqları matçın ssenarisini dəyişib. Bu dəfə “Azəryol” daha iddialı təsir bağışlayıb və texniki fasilələrə də üstün yollanıb. Bunun nəticəsi olaraq, komanda hissəni 8 top irəlidə bitirib.

 

Üçüncü setə “Rabitə” üstün başlayıb. Lakin onlar 2 xal qazandıqdan sonra “Azəryol” ardıcıl 4 dəqiq zərbə vurub və fasiləyə də 2 top irəlidə yollanıb. Bunun ardınca qarşılaşma daha da gərginləşib. Estesin yetirmələri 2 top fərqini qoruduqları halda (11:9), Nutsara Tomkomun servisləri hissənin taleyini həll edib. “Rabitə” 25:15 hesabı ilə qalib gələrək, hesabda yenidən önə çıxıb – 2:1.

 

Dördüncü hissənin ilk dəqiqələrində xalaxal prinsipi işə düşüb. Lakin setin gedişində “yolçəkənlər” öz oyunlarını taparaq, texniki fasilələrə irəlidə yollanıblar – 8:6, 16:13. Buna baxmayaraq, onlar yenə üstünlüklərini qoruya bilməyiblər. Qayiçin peşəkarlığı və lazımı taktiki gedişləri “Rabitə”nin köməyinə çatıb. Maraqlıdı ki, bu hissədə də Tomkomun servisləri həlledici olub. Azərbaycan çempionu tailandlı toppaylayıcının topu inamla oyuna daxil etməsi sayəsində öncə hesabı bərabərləşdirib (17:17), sonra 3 xal irəli keçib – 20:17.

 

Məğlubiyyətlə barışmaq və əzəli rəqibini özündən çox irəli buraxmaq istəməyən “Azəryol” fərqi minimuma endirib – 22:23. Amma onların bundan artığına gücləri çatmayıb və “Rabitə” görüşü 3 xalla bitirib.

 

Beləliklə, XV turdan sonra aktivindəki xalların sayını 30-a çatdıran Qayiçin komandası liderliyini daha da möhkəmlədib. “Rabitə”dən 1 oyun az keçirən “Azəryol” onlardan 5 xal geri qalır. İlk “üçlüyü” yenə “Lokomotiv” qapadığı halda, “Azərreyl” “Telekom”a qalib gəlməklə, dördüncü pilləni ələ keçirib.

 

Qeyd edək ki, XI turdan təxirə salınan “Lokomotiv” – “Azəryol” oyunu martın 2-də keçiriləcək və bu görüşlə III dövrəyə yekun vurulacaq.

 

25 fevral

XV tur

“Rabitə” – “Azəryol” - 3:1 (25:23; 17:25; 25:15; 25:22)

“Gənclik” Olimpiya Kompleksi

I dövrə: “Rabitə” – “Azəryol” - 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:12)

II dövrə: “Azəryol” – “Rabitə” - 3:1 (25:23; 20:25; 25:21; 25:22)

 

“Azərreyl” – “Telekom” - 3:1 (20:25; 27:25; 25:20; 25:23)

Voleybol Mərkəzi

I dövrə: “Azərreyl” – “Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)

II dövrə: “Telekom” – “Azərreyl” - 2:3 (20:25; 25:19; 25:22, 18:25; 11:15)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Rabitə

12

10

2

7

2

1

1

1

0

33-10

1026-842

30

2.

Azəryol

11

8

3

4

3

1

2

1

0

29-14

993-900

25

3.

Lokomotiv

11

8

3

4

2

2

1

1

1

27-15

1005-828

23

4.

Azərreyl

12

2

10

0

1

1

1

1

8

9-33

817-998

6

5.

Telekom

12

1

11

0

0

1

1

4

6

9-35

880-1064

3

 

 

0