[b]Elxan Məmmədov narazı qaldı: Ondan hesabat tələb etmişəm[/b]
26.02.2015 - 13:35
[b]Elxan Məmmədov narazı qaldı: Ondan hesabat tələb etmişəm[/b]

“Yoxlama oyunu olmasına baxmayaraq, komandamızın belə bir hesabla uduzması bizi məyus etdi”. Apasport.az saytının məlumatına görə, bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Qurum rəsmisi 1 gün öncə Azərbaycan millisinin (U-19) İrlandiyaya 0:6 hesabı ilə uduzmasına münasibət bildirib. Məmmədov sözlərinə görə, bir ayağı Hindistan yığmasında olan almaniyalı Nikolay Adam müqaviləsinin sonunadək işini vicdanla görməlidi: “Elit-raund ərəfəsində belə oynamaq olmaz. Artıq bununla bağlı öz narazılığımızı bildirmişəm və hesabat tələb etmişəm. Ümid edirəm ki, müqaviləsinin sonuna qədər Nikolay Adam öz işinin öhdəsindən vicdanla gələcək”.

 

Qeyd edək ki, yığmamız irlandiyalı həmyaşıdları ilə sabah bir daha oynayacaqlar. 

0