Dünyada 2-ci
26.02.2015 - 18:53
Dünyada 2-ci

Milli çempionatlarda ən uzun heç-heçə seriyasına malik klubların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ildə Topaz Premyer Liqasında keçirdiyi bütün qarşılaşmalarda bərabərliklə kifayətlənən “Sumqayıt” da fərqlənən klublar siyahısına düşüb.

 

“Gənclik şəhəri” təmsilçisi dünyada 2-ci göstəriciyə malikdi. Davam edən seriyalar arasında rekord isə cədvələ başçılıq edən Misirin “Əl-Hilal” klubuna məxsusdu. Afrikalılar son 7 oyunda “sülh”lə kifayətlənib “Sumqayıt” və daha 7 klub isə hərəyə 4 heç-heçə ilə 2-ci yerə şərikdi.

 

Qeyd edək ki, “Sumqayıt” mövsümün ikinci yarısında “İnter”, “Bakı” və AZAL-la qolsuz, “Simurq”la 1:1 hesablı heç-heçə edib.

0