"Qəbələ" "Qarabağ"la matça itkilərlə yollandı
26.02.2015 - 20:30
"Qəbələ" "Qarabağ"la matça itkilərlə yollandı

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma məkanda hazırlıqları tamamlayaraq paytaxta yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Qəbələdə son məşqi bu gün səhər saatlarında baş tutub.

 

“Qırmızı-qaralar” qarşılaşma öncəsi son məşqinə sabah “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına mərkəzi stadionda çıxacaq. Komanda Bakıya iki itki ilə - zədəlilər Ruslan Əmircanov və Rəşad Sadiqovsuz yollanıb.

 

Azərbaycan milli komandasının düşərgəsində Antalya toplanışına qatılmış Elvin Camalov, Cavid Hüseynov və Ruslan Abışov bu gün komandaya qoşulacaq. Onlar sabahkı məşqdə komandayla birlikdə hazırlaşacaq.

 

Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:00-da start götürəcək.

0