Millimiz vətənə döndü
26.02.2015 - 21:03
Millimiz vətənə döndü

Türkiyənin Antalya şəhərinidə təlim-məşq toplanışında olan milli komandamız vətənə dönüb. Apasport.az saytının məlumatına görə, səhər saatlarında qarşdaş ölkədə son məşqinə çıxan futbolçularımız dərhal sonra çarter reysi ilə Bakıya qayıdıb.

 

Fevralın 20-dən Türkiyədə təlim-məşq toplanışında olan komandamız Antalyada Ukrayna "Şaxtyor"u ilə yoxlama oyunu keçirib. Görüşdə millimiz 1:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, yığmanın baş məşqçisi Robert Prosineçki milli komanda ilə birgə Bakıya qayıtmayıb. Xorvatiyalı çalışdırıcı millinin üzvləri Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün Türkiyədə qalıb.

0