Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yenə “sülh bağladı”
26.02.2015 - 22:04
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yenə “sülh bağladı”

Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Qran-pri turnirində növbəti turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, III mərhələnin X oyun günündə həmyerlilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yenə “sülh bağlayıb”.

 

Rəcəbov hollandiyalı şahmatçı Aniş Giri ilə, Məmmədyarov isə Leynier Dominqueslə qarşılaşıb. Hə iki qrossmeysterimiz 0,5 xalla kifayətləniblər.

 

Maraqlırıdır ki, X turun bütün görüşləri heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, ötən tur Teymur Rəcəbov autsayder Dmitri Andreykinlə (Rusiya), Şəhriyar Məmmədyarov isə Aniş Giri ilə xalları yarı bölüb.

 

 

X tur

Pyotr Svidler (Rusiya) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Teymur Rəcəbov (Azərbaycan) – Aniş Giri (Hollandiya) – 0,5:0,5

Leynier Dominques (Kuba) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0,5:0,5

Maksim Vaşye-Laqrav (Fransa) – Dmitri Yakovenko (Rusiya) – 0,5:0,5

Rüstəm Qasımcanov (Qazaxıstan) – Baadur Jobava (Gürcüstan) – 0,5:0,5

Dmitri Andreykin (Rusiya) – Yevgeni Tomaşevski (Rusiya) – 0,5:0,5

 

Turnir cədvəli: Tomaşevski – 7,5, Yakovenko – 6, Rəcəbov – 5,5, Məmmədyarov, Qasımcanov, Giri, Dominques - 5, Jobava, Qrişuk, Vaşye-Laqrav – 4,5, Svidler – 4, Andreykin – 3,5.

 

0