Andrea Pirlo “Borussiya” ilə oyunu buraxa bilər
27.02.2015 - 00:02
Andrea Pirlo “Borussiya” ilə oyunu buraxa bilər

Çempionlar Liqasının 1/8 finalında “Borussiya” ilə ilk matçda zədələnən "Yuventus"un kapitanı Andrea Pirlonun yaşıl meydanlara geri dönəcəyi vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi ötən gün tibbi müayinədən keçib.

 

Sağ baldır əzələsində yırtıq aşkarlanan 35 yaşlı futbolçu 20 gün komandasına kömək edə bilməyəcək. Onun “Borussiya” ilə martın 18-də cavab qarşılaşmasında oynayacağı sual altındadı.

 

Qeyd edək ki, 2:1 hesabı ilə "Yuventus"un qələbəsi ilə başa çatan matçın 37-ci dəqiqədə Pirlo meydandan çıxmaq məcburiyyətində qalıb. 

0