Yunanıstan klubuna ağır cəza verildi
27.02.2015 - 01:04
Yunanıstan klubuna ağır cəza verildi

Yunanıstan Futbol Federasiyası “Panatinaikos”u ağır cəza verib. Apasport.az saytının məlumatına görə, buna ölkə çempionatının son turunda “Olimpiakos”la oyunda azarkeşlərin stadionda dava salmaları səbəb olub.

 

2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra İntizam Komitəsi “ağ-yaşıllar”ın 3 xalını silib. Bundan başqa, “Panatinaikos” 2 görüşünü azarkeşsiz tribuna qarşısında keçirəcək. Həmçinin, kluba 100 min avro cərimə kəsilib.

 

Beləliklə, 3 xaldan məhrum olan “Panatinaikos” lider “Olimpiakos”dan yenə 6 xal geri qalır.

 

Qeyde dək ki, sözügedən qarşılaşmadan sonra Yunanıstan çempionatı dövlət rəsmiləri tərəfindən bir müddət dayandırlıb.

0