[b]Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu[/b]
27.02.2015 - 02:25
[b]Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu[/b]

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, artıq növbəti mərhələyə keçən komandaların adları bəlli olub.

 

1/8 finalda Türkiyəni, Almaniyanı, Hollandiyanı, İngiltərəni 1, Rusiya ilə İspaniyanı 2 və İtaliyanı 5 komanda təmsil edəcək.

 

Maraqlıdır ki, İtaliya klublarının hamısı növbəti mərhələyə vəsiqə qazanıb. “Böyük beşlik” ölkələrindən yalnız Fransa təmsilçisi mübarizəni dayandırıb.

 

1/8 finalçılar bunlardı:

 

“Dinamo” M (Rusiya), “Zenit” (Rusiya), “Beşiktaş” (Türkiyə), “Dinamo” K (Ukrayna), “Fiorentina” (İtaliya), “İnter” (İtaliya), “Ayaks” (Hollandiya), “Sevilya” (İspaniya), “Vilyarreal” (İspaniya), “Brügge” (Belçika), “Everton” (İngiltərə), “Napoli” (İtaliya), “Dnepr” (Ukrayna), "Volfsburq" (Almaniya), “Torino” (İtaliya), “Roma” (İtaliya).

0