“Azərbaycan millisi səviyyəli komandadı”
27.02.2015 - 10:12
“Azərbaycan millisi səviyyəli komandadı”

“Heyətimizdə yeni oyunçular var. Azərbaycanla qarşılaşmalarda bu futbolçuları sınamaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət İrlandiya millisinin baş məşqçisi Pol Dulin deyib.

Ada təmsilçisinin çalışdırıcısı Azərbaycan millisi ilə fevralın 25-də keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. O, 6:0 hesabı ilə qalib gəldikləri matça şərh verib: “Hazırda bizim eyni gücə malik iki “11-liy”imiz var. Biz də onlar arasında balansı qorumağa çalışırıq. Azərbaycana vurduğumuz qollar möhtəşəm alındı. Azərbaycan yığmasına qarşı hörmətsizlik etmək istəmirəm. Obu milli səviyyəli komandadı. Rəqibimiz Avropa çempionatının elit-raundunda iştirak edəcək. Macarıstan və Sloveniyanı məğlub etmələri əsasında onların gücünə qiymət vermək olar. Həm də Azərbaycan millisi Finlandiyada toplanışda olub, İrlandiyaya daha hazırlıqlı gəlib.

Qeyd edək ki, Azərbaycan və İrlandiya milliləri arasında ikinci yoxlama oyunu bu gün keçiriləcək.

0