[b]Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı[/b] - YENİLƏNİB
27.02.2015 - 16:19
[b]Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atıldı[/b] - YENİLƏNİB

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.

 

Ukrayna və Rusiya arasında vəziyyət nəzərə alındığından, bu ölkələrin klublarının qarşılaşması mümkün olmayıb. Bu mərhələdə qonşu Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” da mübarizə aparacaq. Adlı-sanlı “Liverpul”u mübarizədən kənarlaşdıran “ağ-qaralar”ın növbəti rəqibi Belçika təmsilçisi “Brügge”di. İstanbullular ilk oyunu səfərdə keçirəcək.

 

Püşk 1/8 finalda iki İspaniya klubu – “Vilyarreal” və “Sevilya”nı üz-üzə qoyub. Bundan başqa, İtaliya dueli də yaşanacaq: “Fiorentina” “Roma” ilə qarşılaşacaq.

 

Ümumiyyətlə, bu mərhələdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub.

 

1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

 

1/8 final

“Everton” (İngiltərə) - “Dinamo” (K, Ukrayna)

“Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)

“Zenit” (Rusiya) - “Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)

“Napoli” (İtaliya) - “Dinamo” (M, Rusiya)

“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)

 “Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)

 

0