[b]Çumbinyonun “Qarabağ”dakı taleyi həkimlərdən asılıdı[/b]
27.02.2015 - 10:45
[b]Çumbinyonun “Qarabağ”dakı taleyi həkimlərdən asılıdı[/b]

“Çumbinyonun sağlamlıq durumunu bilmirik. Buna görə də yeni müqavilə barədə indi danışmaq doğru olmaz”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

 

Ölkəsi Braziliyada ikinci dəfə əməliyyat olunduğu üçün mövsümü qapayan Çumbinyonun klubla müqaviləsi də yaya qədərdi. Futbolçunun yeni müqavilə üçün yaxın günlərdə Bakıya gəlməsi gözlənilir. Çəlikəl isə hər şeyin tibbi müayinənin nəticəsindən asılı olduğunu bildirib: “Çumbinyo gələcək, əvvəlcə müayinədən keçəcək. Yeni müqavilə üçün həkimlərimiz müsbət rəy verməlidilər. Bu, “Qarabağ”la yanaşı, futbolçunun gələcək karyerası üçün də vacibdi”.

 

Klub direktoru braziliyalı yarımmüdafiəçinin vətənində klubdan icazəsiz əməliyyat olunmadığını desə də, bu məsələdə məsuliyyət daşımadıqlarını əlavə edib: “Bizdə sağlamlıqla bağlı bütün işlər həkimlər heyətinin məsləhəti ilə görülür. Sadəcə, Çumbinyonu ölkəsində əməliyyat edən həkimi tanımırıq. Ona görə də, sağlamlığı ilə bağlı məsuliyyəti özü daşıyır”.

 

Qeyd edək ki, Çumbinyo ötən ilin sentyabrında Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sent-Etyen”lə oyunda dizindən zədələnmişdi.

0