[b]Topaz Premyer Liqası: XXIV turun hakimləri açıqlandı[/b]
27.02.2015 - 11:50
[b]Topaz Premyer Liqası: XXIV turun hakimləri açıqlandı[/b]

Topaz Premyer Liqasının XXIV turunun oyunlarına təyinat alan hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq qarşılaşmalardan ikisində 6, ikisində 4 hakim ədaləti qoruyacaq.

 

FİFA referilərindən Əliyar Ağayevlə Orxan Məmmədov “İnter” – “Simurq” matçına təyinat alıb. Ağayev əsas söz sahibi olacaqsa, Məmmədov əlavə köməkçi hakim kimi meydana çıxacaq. Turun “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək maraqlı görüşü isə İnqilab Məmmədova tapşırılıb.


XXIV tur

28 fevral (şənbə)

15:00. “İnter” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

“İnter Arena”

16:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov

“Kapital Bank Arena”

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00 “Xəzər Lənkəran” – “Bakı”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

Mənbə: pfl.az

0