[b]“Qarabağ” qisas arzusunda[/b]
27.02.2015 - 12:31
[b]“Qarabağ” qisas arzusunda[/b]

Sabah Topaz Premyer Liqasında XXIV turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmalarının oyunları ilə əlaqədar yaranan qısa fasilədən sonra baş tutacaq turun qarşılaşmaları eyni günə təsadüf edəcək.

 

Görüşlərdən ikisi Bakıda, ikisi paytaxtdan kənarda baş tutacaq. Turun ilk matçı “İnter”lə “Simurq” arasında olacaq. Cari mövsüm hər iki oyunda “sülh”lə kifayətlənən rəqiblər bu seriyanı qırmaq əzmindədi. Bakılılar 2-ci pilləni əldən verməmək, əyalət klubu isə “üçlük”dən daha da uzaqlaşmamaq üçün qalib gəlməlidi.

 

Günün ikinci qarşılaşmasında “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Artıq iki dəfə rəqibini məğlub edən paytaxt təmsilçisi “İnter”in büdrəməsini gözləyir. Belə olarsa, “ağ-qaralar” 2-ci yerə yüksələ bilərlər. 7 matçdı qalib gəlməyən sumqayıtlılar 2015-ci ildə heç-heçələri sıralamaqla diqqət çəkir. “Neftçi” rəqibinin 4 oyunluq heç-heçə seriyasını qırmasa, liderlərdən bir az da uzaqlaşmaq təhlükəsi ilə üzləşəcək.

 

Paytaxt təmsilçiləri “İnter”lə “Neftçi”nin xal itkisi “Qarabağ”ın xeyrinə ola bilər. Çünki “Qəbələ”ni qəbul edəcək ağdamlılar 6 oyunluq qələbə seriyasını davam etdirsə, izləyiciləri ilə xal fərqini daha da artırmış olacaq. Son 3 görüşdə eyni – 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri cari mövsüm meydanda aldıqları yeganə məğlubiyyətin əvəzini də çıxmağa çalışacaq. Ağdamlıların aldığı iki yenilgidən biri İntizam Komitəsinin qərarı ilə rəsmiləşdiyindən çempion yalnız 1 dəfə matçı məğlub başa vurub. “Qəbələ” isə avrokubok şanslarını artırmaq üçün ikinci dəfə lideri büdrətmək niyyətindədi.

 

Son qələbəsini unudan “Bakı” isə “Xəzər Lənkəran”ın qonağı olacaq. 2015-ci ildə xal qazana bilməyən cənublular uğursuz seriyanı autsayderlə görüşdə qırmaq üçün mübarizə aparacaq. Əks halda isə “Sumqayıt”ı da önə buraxmaq təhlükəsi ilə üzləşən Elbrus Məmmədovun yetirmələri paytaxtın eyniadlı təmsilçisindən qol buraxmır.


XXIV tur

28 fevral (şənbə)

15:00. “İnter” – “Simurq”

İlk 2 oyunun nəticəsi: 0:0, 1:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vüqar Bayramov, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

“İnter Arena”

16:00. “Sumqayıt” – “Neftçi”
İlk 2 oyunun nəticəsi: 0:1, 2:3

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Xəlil Xəlilov

“Kapital Bank Arena”

17:00. “Qarabağ” – “Qəbələ”
İlk 2 oyunun nəticəsi: 2:0, 1:2

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Rahil Ramazanov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov

Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00 “Xəzər Lənkəran” – “Bakı”
İlk 2 oyunun nəticəsi: 4:0, 0:0

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Kamran Bayramov, Elvin Əsgərov

“Xəzər Lənkəran” mərkəzi stadionu
 

1

 Qarabağ

20

14

4

2

36-18

46

2

İnter

20

9

10

1

33-9

37

3

Neftçi

21

10

6

5

26-16

36

4

Simurq

21

8

5

8

30-24

29

5

AZAL 

21

6

7

8

22-29

25

6

Qəbələ

21

6

7

8

25-31

25

7

Xəzər L 

20

5

5

10

24-29

20

8

Sumqayıt

20

4

5

9

20-28

19

9

Bakı

20

2

5

13

14-46

11

 

Bombardirlər: Nurlan Novruzov (“Bakı”), Draqan Çeran (“”Simurq”) – 10 qol.

 

0