[b]“Beşiktaş” Avropa Liqasının rekordunu qırdı[/b]
27.02.2015 - 14:53
[b]“Beşiktaş” Avropa Liqasının rekordunu qırdı[/b]

“Beşiktaş” Avropa Liqasının rekordunu yeniləyib. Apasport.az-ın UEFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Avroliqada 1/16 final mərhələsinin cavab matçı çərçivəsində İstanbul “Atatürk” Olimpiya Stadionunda “Liverpul”u qəbul edən “ağ-qaralar”ın oyununu 63 min 324 azarkeş izləyib.

 

Ali futbol qurumu bunun Avropanın ikinci mötəbər turnirində rekord göstərici olduğunu yayıb. Həmçinin yazıda “Liverpul”un müdafiəçisi Kolo Turenin fikirlərinə də yer verilib. Fil Dişi Sahili millisinin üzvü türkiyəli azarkeşlərin onların gənc oyunçularına psixoloji təzyiq etdiklərini deyib: “Həqiqətən də, inanılmaz atmosfer idi. Səmimi deyirəm, karyeram ərzində ilk dəfə belə bir vəziyyətlə üzləşirəm. Tribunalardakı uğultu adamın qulağını batırırdı”.

 

Qeyd edək ki, İngiltərədəki ilk oyunda “Liverpul”a 0:1 məğlub olan “Beşiktaş” cavab görüşündə eyni hesabla qələbə qazanıb. Oyunsonrası penaltilərlə qalib gələn türklər adlarını 1/8 finala yazdırıblar.

0