[b]“Qarabağ” – “Qəbələ”: 2 qol, 3 xal[/b]
27.02.2015 - 15:44
[b]“Qarabağ” – “Qəbələ”: 2 qol, 3 xal[/b]

Sabah keçiriləcək Topaz Premyer Liqasının “Qarabağ” – “Qəbələ” oyununu İnqilab Məmmədov idarə edəcək. Apasport.az saytının məlumatına görə, referi 2015-ci ildə ilk dəfə Ağdam təmsilçisinin qarşılaşmasında fit çalacaq.

 

Mövsümün ilk yarısında isə Məmmədovun yolları iki dəfə çempionla kəsişib. Həmin qarşılaşmalarda da ev sahibi olan “Qarabağ” XIII turda AZAL-ı 2:1, XVIII turda isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. Hər iki görüşdə ağdamlıları penalti ilə cəzalandıran referi bakılılarla matçda onlara say üstünlüyü də qazandırıb.

 

3 dəfə “Qəbələ”nin görüşlərini idarə edən Məmmədov bu komandanın yalnız səfər oyunlarına baş hakim kimi təyinat alır. XIV turda “Neftçi” ilə heç-heçə (0:0), XIX turda “Bakı” üzərində qələbə (2:0) və XXI turun “Simurq” məğlubiyyətinə şahidlik edən referi ardıcıl 3-cü matçında qəbələlilərlə görüşəcək. Əvvəlki 3 qarşılaşmada Məmmədov “qırmızı-qaralar”ı qırmızı vərəqə və penalti ilə cəzalandırıb.

 

Ümumiyyətlə, idarə etdiyi 7 Premyer Liqa matçında hakim qonaqları 2 qırmızı vərəqə və 1 penalti ilə cəzalandırıb. O, meydan sahiblərinin qapısına isə 3 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib.

 

 

0