Teymur Rəcəbov 3-cü, Şəhriyar Məmmədyarov 4-cü oldu
27.02.2015 - 20:35
Teymur Rəcəbov 3-cü, Şəhriyar Məmmədyarov 4-cü oldu

Gürcüstanın paytaxtı Tiflisdə şahmat üzrə Qran-pri turnirində turun son görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, III mərhələnin XI oyun günündə həmyerlilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov turniri yenə heç-heçə ilə başa vurub.

 

Belə ki, Rəcəbov ötən gündən çempionluğunu təmin edən rusiyalı şahmatçı Yevgeni Tomaşevski ilə, Məmmədyarov isə onun həmyerlisi Pyotr Svidlerlə “sülh”ə razılaşıb.

 

Beləliklə, qrossmeysterlərimizdən Teymur Rəcəbov turnirdə 3-cü, Şəhriyar Məmmədyarov isə 3-cü yerə sahib olub.

 

XI tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Pyotr Svidler (Rusiya) – 0,5:0,5

Yevgeni Tomaşevski (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Dmitri Yakovenko (Rusiya) – Rüstəm Qasımcanov (Qazaxıstan) – 0,5:0,5

Baadur Jobava (Gürcüstan) – Dmitri Andreykin (Rusiya) - 0,5:0,5

Aleksandr Qrişuk (Rusiya) – Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5

Aniş Giri (Hollandiya) – Leynier Dominques (Kuba) – 0,5:0,5

 

 

Turnir cədvəli: Tomaşevski – 8, Yakovenko – 6,5, Rəcəbov – 6, Məmmədyarov, Qasımcanov, Giri, Dominques - 5,5, Jobava, Qrişuk, Vaşye-Laqrav – 5, Svidler – 4, Andreykin – 4.

 

0